
Azərbaycan Türkiyə ilə xarici siyasətini birgə davam etdirəcək - RƏY
Yusif Nəzərli
19:31 10.02.2024
Dünya
774
"Beynəlxalq və regional siyasi-hərbi vəziyyətin gərginləşməsi Azərbaycana da təsirsiz ötüşmür. Qərbin bir sıra mərkəzləri tərəfindən Azərbaycana qarşı siyasi təzyiqlər regional dəyişikliklərin nəticəsidir". Bu barədə "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, Qərb Cənubi Qafqazda Türkiyə və Azərbaycanın birgə regional siyasətini qəbul etmir:

"Bakıya qarşı təhdid və təzyiqləri neytrallaşdırmaq dövlət başçısı cənab İlham Əliyevin xarici siyasətində əsas prioritetdir və bundan sonra da olacaq. Ümumiyyətlə, Qərb Azərbaycandan xarici siyasətində seçim etməyi tələb edir. Çalışırlar ki, Azərbaycan da Gürcüstan və Ermənistan kimi avrointeqrasiya siyasətini elan edərək, Rusiyaya qarşı total siyasi cəbhədə yer alsın. Hazırda Azərbaycanın həyata keçirdiyi müstəqil manevr siyasəti Qərbi məmnun etmir. Ona görə də "insan hüquqları və demokratiya" məsələsini bəhanə edərək, "erməni məsələsini" də ora əlavə edərək total siyasi təzyiqləri artırır. Təbii ki, dəyişən geosiyasi nizam fonunda Azərbaycanın balans siyasəti müsbət perspektiv vəd etmir. Çünki siyasi və təhlükəsizlik çağırışları balans siyasəti ilə uyğun deyil. Ona görə də Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra balans siyasətindən imtina edərək, Türkiyə ilə koordinasiyalı çalışır".
Analitik hesab edir ki, Prezident İlham Əliyev xarici siyasətini qütblərə görə - Qərb və Rusiyanın xeyrinə dəyişməyəcək: "Azərbaycan öz seçimini edib. Bakı NATO üzvü olan Türkiyə ilə xarici siyasətini birgə davam etdirəcək. Azərbaycan Türkiyə və Mərkəzi Asiya ölkələri ilə əlaqələrini inkişaf etdirməklə Zəngəzur yolunun açılmasına nail ola bilər. İrəvanla sülh müqaviləsi istiqamətində danışıqlar da davam edəcək. Ermənistanda yeni konstitusiya qəbul edilərsə, Prezident İlham Əliyev sülh müqaviləsinə gedəcək. Azərbaycanın AŞPA-da təmsilçiliyi də bərpa edilə bilər. Çünki indiki vəziyyət daha çox Rusiyanın maraqlarına xidmət edir. AŞPA-da Azərbaycan əleyhinə səs verənlər Rusiyaya yaxın olan siyasətçilər idi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya