
Bahalı oyuncaqlar: Ermənistanın bütün hərbi müdafiə sistemi Rusiyanın əlindədir
12:19 15.04.2024
Dünya
593
“Ermənistanın hava hücumundan müdafiə sistemləri təkbaşına effektiv deyil”.
Bu fikirləri erməni ictimai xadim Karen Həkimyan deyib.
O bildirib ki, Ermənistanın havası Rusiya Aerokosmik Qüvvələri tərəfindən “mühafizə olunur” və onların idarə olunmasını Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin qoşunlarının komandanı öz üzərinə götürüb.
“Azərbaycan Ordusu hücuma keçsə, erməni hava hücumundan müdafiə (HHM) sistemi işləməyəcək, çünki Rusiya tərəfi üçün heç bir təhlükə olmayacaq. Yalnız rəsmi Moskvaya təhlükə yarandığı halda qurğular işə düşəcək”, – o iddia edib.
Karen Həkimyanın fikirlərinə münasibət bildirən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli “Sherg.az”a deyib ki, erməni ictimai xadimin söylədiklərində müəyyən həqiqətlər mövcuddur:

“Səudiyyə Ərəbistanı Amerika Birləşmiş Ştatlarından Donald Trampın vaxtında xeyli silah aldı. Amma həmin strateji silahların kodu amerikalıların əlində idi. Səudiyyə Ərəbistanı Amerikanın istəklərinə cavab verməsəydi, ABŞ həmin silahların kodunu onlara verməyəcəkdi. Həmin silahlar isə əldə qalaraq bahalı oyuncağa çevrilir. Ermənistanda da həmin vəziyyət təkrarlanır. Ermənistanın bütün hərbi müdafiə sistemi Rusiyanın əlindədir. Ermənistan Azərbaycanla müharibəni uduzduqdan sonra bütün uğursuzluqlarını Şimal qonşumuzun üzərinə atmağa başlayıb. Qərbyönümlü erməni siyasətçilər Rusiyanı yalandan vədlər verməkdə, yardım etməməkdə və onları qurbanlıq qoyun kimi istifadə etməkdə günahlandırır. Amma bunlar deməyə əsas vermir ki, Azərbaycan Ermənistana hücum etsə, Rusiya sakit qalacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə F-16 qəzaya uğrayıb, pilot sağ qalıb
16:36 12.08.2026
Hadisə
OPEC Azərbaycanın iyulda neft hasilatını açıqladı
16:19 12.08.2026
İqtisadiyyat
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya
Öcalan PKK-nı Türkiyəyə təslim olmağa çağıracaq
14:25 12.08.2026
Dünya
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
13:55 12.08.2026
Hadisə
Qırğızıstanda güclü zəlzələ baş verdi
13:45 12.08.2026
Hadisə
Putindən sərt xəbərdarlıq: Etməyə məcburuq
13:30 12.08.2026
Dünya
Ötən ay 1 200-dən çox kommersiya qurumu qeydiyyatdan keçib
13:29 12.08.2026
İnfrastruktur
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
13:27 12.08.2026
Ölkə
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edilib
13:18 12.08.2026
Gündəm