Balıqlar hələ XX əsrin ortalarında mikroplastik yeməyə başlayıblar
03:37 02.05.2021
Dünya
563
Son əsr ərzində şirin su balıqlarının bağırsaqlarının necə dəyişdiyini öyrənmək cəhdi tədqiqatçıları muzey kolleksiyalarına qədər aparıb çıxarıb. Tədqiqatlar nəticəsində məlum olub ki, mikroplastiklər balıqların orqanizminə hələ 1950-ci illərdə düşməyə başlayıb.
AZƏRTAC “nat-geo.ru” saytına istinadla xəbər verir ki, zaman keçdikcə onların konsentrasiyası yalnız artıb.
Loyola Universitetinin bioloqları tərəfindən aparılan bu tədqiqat mikroplastikə (5 millimetrdən kiçik olan plastik tullantılar) və onun ətraf mühitə təsirinə həsr olunub.
Yeni tədqiqatın müəllifləri mikroplastikin son əsrdə ekosistemlərdə necə toplandığını və bunun keçmişdə balıqlar üçün nə demək olduğunu öyrənməyi nəzərdə tutur. Bu, onları spirtə qoyulmuş təxminən iki milyon balıq nümunəsinin saxlandığı Çikaqo muzeyinə gətirib çıxarıb.
“Plastiklə suyun çirklənməsi problemi son 10, 15 il ərzində cəmiyyəti narahat edir. Amma əslində, plastik tullantıların orqanizmə təsiri plastik icad edilən vaxtdan başlayıb. Tarixi kontekstdə biz bunun necə baş verdiyini bilirik. Muzey nümunələrinə baxarkən, biz onları öyrənərək keçmişə səyahət edə bilirik”, - deyə tədqiqatın həmmüəllifi Tim Hollein söyləyib.
Tədqiqat əsasən dörd növə: yekəağız xanı balığına (Micropterus salmoides), kanal balığına (Ictalurus punctatus), qum cüllütünə (Notropis stramineus) və xul balığa (Neogobius melanostomus) yönəldilib. Muzeydə 1900-cü ildən bəri toplanmış balıq nümunələri nümayiş olunur. Tədqiqatçılar müqayisə üçün muzeydə həmin balıq növlərinin təzə nümunələrini də yerləşdiriblər.
Alimlər onilliklər ərzində hər bir balığın ən azı beş nümunəsini götürüb onların həzm traktını araşdırıblar və onu, plastiklərdən başqa bütün üzvi maddələri məhv edən peroksidlə sınaqdan keçiriblər.
İlk dəfə 1855-ci ildə İngilis metallurqu və ixtiraçısı Alexander Parks tərəfindən kəşf olunmuş plastikdən geniş istifadəyə yalnız keçən əsrin ortalarında başlanılıb. Bu, tədqiqatda da öz əksini tapıb. Mikroplastik 1950-ci illərədək balıq nümunələrində aşkarlanmayıb. Bundan sonra onun konsentrasiyası sürətlə artmağa başlayıb.
Plastiklərin lif şəklində olduğu və polimerlərdən, bir sıra təbii və sintetik parçalardan əldə edildiyi müəyyənləşdirilib. Tədqiqatçılar mikroplastikin kəşfini və onun konsentrasiyasının tədricən xeyli artmasını “həyəcan siqnalı” kimi dəyərləndirirlər.
“Biz bu balıqların bağırsaqlarındakı mikroplastikin həcminin çoxalmasını əsasən plastik istehsalının artması ilə paralel baş verdiyini görürük. Bunlar dəniz çöküntülərində tapılan eyni nümunələrdir. Nəticələr ümumi tendensiyadan qaynaqlanır və plastikin hər yerdə olduğuna işarə edir”, - deyə tədqiqatın həmmüəllifi Kaleb MakMaxan bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya