Başqırdıstanda neft emalı zavoduna dronlarla zərbə endirildi

Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın Ufa şəhərində neft emalı zavodunu dronlarla vurub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ufa şəhərində (Başqırdıstan Respublikası) yerləşən “Başneft-UNPZ” neft emalı zavoduna zərbələr nəticəsində yanğın baş verib.

Neft emalı zavodunun emal gücü ildə təxminən 7,5 milyon ton təşkil edir. Müəssisədə neftin dərin emalı həyata keçirilir və benzin, dizel və soba yanacağı, mayeləşdirilmiş qaz, kükürd və digər neft məhsulları istehsal olunur.