Baydenin yeni seçki reklamı: "Mən gənc və yaraşıqlıyam"
Yusif Sultanoğlu
11:23 10.03.2024
Dünya
598
ABŞ prezidenti Co Baydenin seçki komandası 30 milyon dollarlıq reklam kampaniyasına prezidentin birbaşa yaşı ilə bağlı narahatlıqlara ünvanladığı bir reklamla başlayıb. Altı həftə yayımlanacaq reklamda Baydenin "gənc, yaraşıqlı və enerjili" olduğu iddiası diqqət çəkib.
Sherg.az xəbər verir ki, noyabrda ABŞ-da keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca, namizədlərin təşviqat kampaniyası aramsız davam edir.
Yaşı və sağlamlıq problemləri tez-tez gündəmdə olan ABŞ prezidenti Co Bayden televiziya və rəqəmsal platformalarda yayımlanacaq yeni reklam çarxında bu mövzuları gündəmə gətirib.
Altı həftə ərzində televiziyada yayımlanacaq 60 saniyəlik reklam bir çox seçicinin prezidentin yaşı ilə bağlı narahatlığını aradan qaldırır.
“Sizin üçün” adlı reklam şən əhval-ruhiyyədə Baydenlə açılır. 81 yaşlı prezident Co Bayden deyir: "Bax, mən gənc deyiləm. Bu, sirr deyil. Amma mən bilirəm ki, Amerika xalqı üçün işlər necə olmalıdır".
Reklam çarxında Bayden ölkəsini Covid-19 böhranından xilas etdiyini və ABŞ-ın bu gün dünyanın ən güclü iqtisadiyyatına sahib olduğunu söyləyir.
Təbii ki, reklamda keçmiş prezident Donald Trampın da adı çəkilir. Bayden reklamda "Donald Tramp hesab edir ki, prezidentin vəzifəsi Donald Trampın qayğısına qalmaqdır. İnanıram ki, prezidentin işi sizin, Amerika xalqı üçün mübarizə aparmaqdır və mən də məhz bunu edirəm".
Bundan əlavə, reklamın sonunda Bayden yaşı ilə bağlı tənqidlərə işarə edərək, "Bax, mən çox gənc, enerjili və yaraşıqlıyam" deyərək zarafat edir.
Ölkə Bayden-Trampın revanş görüşünə hazırlaşarkən, sorğular göstərir ki, ABŞ-da seçicilərin 73 faizi effektiv prezident olmaq üçün Baydenin çox yaşlı olduğuna inanır.
2020-ci ildə Baydenə səs verənlərin 26 faizi razılaşırlar ki, bu dəfə Baydenin yaşı onun ikinci müddətə qeyri-effektiv prezident edəcək.
Baxmayaraq ki, 81 yaşlı Bayden yenidən seçilmək istəyən ən yaşlı prezidentdir və daim yaşı ilə gündəmə gətirilir, 77 yaşlı Tramp ondan cəmi dörd yaş kiçikdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya