BMT gecikmədən dəyişikliyə getməlidir - RƏY
02:05 17.10.2023
Dünya
407
İsrail, Azərbaycan, İndoneziya kimi ölkələrin də daimi üzvlüyünə ehtiyac var
Son günlər gündəmə gələn əsas məsələlərdən, daha doğrusu, tələblərdən biri Birləşmiş Millətlər Təşkilatında köklü dəyişikliklərin aparılmasıdır. Azərbaycanın dövlət başçısı da çıxışlarında BMT və ATƏT kimi qurumlarda islahatlara böyük ehtiyac olduğuna daim diqqət çəkib. Ölkə rəhbəri BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi çağırışını da edib. Əsasən, irəli sürülən təkliflər sırasında daimi yerlərdən birinin İslam Əməkdaşlıq Təşkilatının üzvünə, digərini isə Qoşulmama Hərəkatına verilməsi yer alıb. Dövr və zaman dəyişirsə, qarşıya yeni tələblər çıxırsa, qlobal təşkilatların fəaliyyətində də təkmilləşmə zərurətə çevrilir.
Politoloq Məhəmməd Əsədullazadə deyib ki, dünyada yeni nizam yaranır və qaydalar dəyişir. Birləşmiş Millətlər Təşkilatı müasir dövrdə yeni siyasi-hərbi çağırışlara cavab vermir. Ekspert bildirib ki, SSRİ-nin dağılması, yeni müstəqil dövlətlərin meydana gəlməsi, ABŞ-də 11 sentyabr terror aktından sonra da BMT strukturu dəyişmədi: "Yeni dünya nizamı Rusiyanın Ukraynaya hücumu ilə dəyişdi. Həmçinin Cənubi Qafqazda Azərbaycanın suverenliyini tam bərpa etməsi, Türkiyənin artan beynəlxalq rolu, türk dövlətlərinin inkişafı, Böyük Britaniyanın Avropa İttifaqından çıxması yeni bir prosesin başlanğıcıdır. BMT və dünya siyasi sisteminə təsir edən Avropadakı regional təşkilatlar bir neçə ölkənin siyasi maraqları çərçivəsində fəaliyyət göstərir. Lakin yeni münasibətlər sistemində Türkiyə, Hindistan kimi güclü ölkələr meydana çıxıb. Belə ölkələrin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması labüddür".
Ekspertin sözlərinə görə, BMT-də İsrail, Azərbaycan, İndoneziya kimi ölkələrin də daimi üzvlüyünə ehtiyac var: "Əks halda BMT kimi təşkilatların qəbul etdiyi qərar və qətnamələr kağız üzərində qalmaqda davam edəcək. Azərbaycanın Cənubi Qafqazda təhlükəsizlik və iqtisadi cəhətdən inkişafı, Qoşulmama Hərəkatında sədrliyi BMT Təhlükəsizlik Şurasına daimi üzv olmasını şərtləndirir. Azərbaycan təkcə Cənubi Qafqazda deyil, Mərkəzi Asiya və Cənubi Şərqi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Orta Dəhlizin yaradılması və inkişafı da Azərbaycanın rolunu daha da artırır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:14 10.04.2026
Ekologiya
Generalın rəhbəri olduğu şirkətin əmlakı müsadirə olundu
16:42 10.04.2026
Cəmiyyət
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya