BMT TŞ Venesuelaya görə təcili toplanır

BMT Təhlükəsizlik Şurası (TŞ) Venesuela ilə bağlı iclas keçirəcək.

Teleqraf xəbər verir ki, bu barədə dekabr ayında TŞ-yə sədrlik edən Sloveniyanın Daimi Nümayəndəliyi məlumat yayıb.

İclasın dekabrın 23-də keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, daha öncə Venesuela BMT TŞ-yə ABŞ-la yaşanan gərginliklə bağlı təcili iclas keçirmək üçün müraciət edib.