Britaniya kəndi ABŞ-nin 51-ci ştatı olmaq üçün Trampa müraciət edə bilər

Britaniyanın Piddinqton kəndinin sakinləri Böyük Britaniyadan ayrılmaqla bağlı əvvəlki səsvermədən sonra ABŞ Prezidenti Donald Trampa müraciət edərək kəndin ABŞ-yə qoşulmasını istəmək niyyətindədirlər.

Teleqraf xəbər verir ki, bu barədə Piddinqton icma şurasının sədri Tim Maknelli “Newsweek” jurnalına açıqlamasında bildirib.

Buna səbəb Piddinqtonun keçmiş hərbi obyektlərin ərazisində miqrantların yerləşdirilməsi üçün yaradılması planlaşdırılan üç yeni mərkəzdən birinə ev sahibliyi etməsinin nəzərdə tutulmasıdır.

Hazırda analoji mərkəzlər Esseks qraflığının Uetersfild və Sasseks qraflığının Krouboro şəhərlərində fəaliyyət göstərir. Krouboro sakinləri də son bir il ərzində bölgələrində qaçqınların yerləşdirilməsinə qarşı dəfələrlə etiraz aksiyaları keçiriblər.

Nəşrin məlumatına görə, Maknelli Piddinqton icma şurasının ABŞ-dən dəstək istəyərək kəndin 51-ci ştat olması məsələsini gündəmə gətirə biləcəyini bildirib.