Britaniya müdafiə naziri Fələstin və İsrailə səfər edəcək
Yusif Sultanoğlu
07:15 07.12.2023
Dünya
388
Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Fələstinə və İsrailə səfər edəcək.
APA xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin saytında məlumat verilib.
Bildirilib ki, Yaxın Şərqdəki vəziyyətlə əlaqədar davam edən diplomatik səylərin bir hissəsi olaraq müdafiə naziri bu həftə Fələstinə və İsrailə səfər edəcək.
"Müdafiə naziri Qrant Şapps bu həftə işğal olunmuş Fələstin ərazilərinə və İsrailə səfər edərkən, humanitar yardımın fələstinlilərə daha tez çatdırılmasını, o cümlədən dəniz yolu ilə birbaşa Qəzzaya çatdırılmasını tələb edəcək.
Səfər zamanı o, liderlərlə Qəzzada dinc əhaliyə daha çox yardım göstərmək variantlarını və Böyük Britaniyanın Fələstin Administrasiyasını necə dəstəkləyə biləcəyini, həmçinin Yaxın Şərqdə gərginliyin qarşısını almaq istiqamətdə səyləri müzakirə edəcək", - məlumatda bildirilib.
Qeyd olunub ki, Böyük Britaniyanın müdafiə naziri Fələstinin daxili işlər naziri, general Ziad Hab Al-Reeh ilə görüşəcək.
"Təl-Əvivdə isə müdafiə naziri hazırkı təhlükəsizlik vəziyyəti və İsrailin növbəti addımlarını müzakirə etmək üçün İsrailin müdafiə naziri Yoav Gallant ilə görüşəcək" – məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region
“Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək
11:57 13.08.2026
Futbol
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
11:15 13.08.2026
Sosial
Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
10:57 13.08.2026
Gündəm