Britaniya PUA-ları ilk dəfə Rusiyanın dərinliklərinə zərbələrdə istifadə olunub

Ukrayna ordusu ilk dəfə Böyük Britaniyaya məxsus pilotsuz uçuş aparatları ilə Rusiyanın dərinliklərinə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə "The Sunday Times" qəzeti Ukrayna Silahlı Qüvvələrindəki mənbələrə istinadən məlumat paylaşıb.

Məlumata görə, İngiltərənin Uiltşir qraflığında "Callen-Lenz" şirkəti tərəfindən istehsal olunan "Nyan" dronları Volqoqrad və Yaroslavldakı neft emalı zavodlarına hücumlar zamanı tətbiq edilib.

Qeyd olunub ki, Kiyev bundan əvvəl Rusiyanın dərinliklərinə zərbələr üçün Britaniyanın uzaqmənzilli "Storm Shadow" raketlərindən istifadə etsə də, bu, münaqişənin gedişatını dəyişməyib.