Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...

ABŞ-ın apardığı danışıqlar nəticə verməsə, İrana qarşı hərbi variant nəzərdən keçiriləcək.

Axar.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar “Əl-Ərəbiyyə” telekanalına müsahibədə deyib.

O eyni zamanda qeyd edib ki, İsrail ordusu Hizbullahın hücumlarına lazım bildiyi qədər cavab verəcək:

“Livanda hökumətin və ordunun avtoriteti tam bərqərar olduqdan sonra oranı tərk edəcəyik”, - nazir əlavə edib.