Bosniya və Herseqovina Türkiyədən 10 ədəd antidron sistemi alacaq.
Axar.az xəbər verir ki, bununla bağlı müqaviləni Bosniya və Herseqovinanın müdafiə naziri Zukan Helez və Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti ASELSAN-ın baş icraçı direktoru Ahmet Akyol imzalayıb.
Qeyd edilib ki, Türkiyədən alınan bu sistemlər hərbi obyektlərin, ölkənin müdafiə sənayesi infrastrukturunun və digər strateji əhəmiyyətli obyektlərin müasir hava təhdidlərindən qorunması üçün böyük əhəmiyyət daşıyır.