İsrail ordusu İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsinə dair açıqlamasında ölkənin yeni ali lideri Müctəba Xameneini izləyib zərərsizləşdirəcəyi ilə hədələyib.
Axar.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
“Müctəba Xamenei haqqında heç nə bilmirik, onu eşitmirik, görmürük, amma sizə bir şey deyə bilərəm: onu tapacağıq və zərərsizləşdirəcəyik”, - bunu jurnalistlərə İsrail ordusunun sözçüsü, briqada generalı Effi Defrin deyib.
Qeyd edək ki, ötən gün İsrailin İrana zərbələri nəticəsində ölkənin Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani öldürülüb. Tehran onun ölüm faktını təsdiqləyib.