Cənubi Afrikada hostelə silahlı hücum: 10 nəfər öldü

Cənubi Afrikanın paytaxtı Pretoriada silahlı hücum baş verib.

Axar.az xəbər verir ki, naməlum silahlıların hostellərin birinə qəfil hücumu nəticəsində 3 yaşlı uşaq da daxil olmaqla, 10 nəfər ölüb.

Yerli polis xəsarət alanların sayının 14 nəfər olduğunu bildirib.

Hadisə ilə bağlı araşdırma aparılır.