Çin ABŞ, Yaponiya və Cənubi Koreyanın birgə bəyanatını pisləyib
15:40 23.09.2025
Dünya
337
Çin ABŞ, Yaponiya və Cənubi Koreyanın xarici siyasət idarələri rəhbərlərinin Tayvan və Cənubi Çin dənizi ilə bağlı söylədiyi məsuliyyətsiz açıqlamaları qətiyyətlə pisləyir və rədd edir.
AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun Pekində keçirdiyi mətbuat konfransında BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda keçirilmiş üçtərəfli görüşün yekun bəyanatını şərh edərkən deyib.
"Birləşmiş Ştatlar, Yaponiya və Cənubi Koreya Tayvan və Cənubi Çin dənizi ilə bağlı məsələlərdə məsuliyyətsiz açıqlamalar verib, Çinin daxili işlərinə qarışıb, Çinə böhtan atıb və ləkələməyə çalışıb. Çin bunu qəti şəkildə pisləyir və qətiyyətlə rədd edir”, - deyən Quo Ciakun əlavə edib ki, Tayvan Çinin ayrılmaz hissəsidir və Tayvan məsələsi Çinin daxili işidir, xarici müdaxilə yolverilməzdir.
Çinin XİN rəsmisi bildirib ki, Tayvan boğazı boyunca sülh və sabitliyə ən böyük təhlükə Tayvandakı separatçı fəaliyyətlərdən və ona xarici dəstəkdən qaynaqlanır.
Quo Ciakun üçtərəfli bəyanatda Cənubi Çin dənizi ilə bağlı fikirlərə cavab olaraq belə deyib: “Hazırda Cənubi Çin dənizində vəziyyət ümumən sabitdir. Çin həmişə öz ərazi suverenliyini, dəniz hüquqlarını və maraqlarını qorumağa, fikir ayrılıqlarını dialoq və məsləhətləşmələr yolu ilə həll etməyə sadiqdir”.
Qeyd edək ki, ABŞ, Yaponiya və Cənubi Koreyanın XİN rəhbərlərinin görüşünün yekununa dair bəyanatda tərəflər "Cənubi Çin dənizində qeyri-qanuni dəniz iddialarına" qarşı olduqlarını vurğulayıblar. Bəyanatda, həmçinin Tayvan boğazı ətrafında tez-tez sabitliyi pozan hərəkətlərdən narahatlıq ifadə olunub, status-kvonu birtərəfli qaydada dəyişdirmək cəhdləri qınanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual