Çin asılılığı Mərkəzi Asiyanı təhlükəyə aparır - POLİTOLOQ

Pekinin investisiyaları iqtisadi yox, siyasi risk yaradır

Aşqabadda keçirilən Türkmənistan-Çin Hökumətlərarası Əməkdaşlıq Komitəsinin 7-ci iclası rəsmi olaraq ikitərəfli münasibətlərin genişləndirilməsi kimi təqdim olunsa da, bu görüş daha geniş geosiyasi kontekstdə qiymətləndirilməlidir. Xüsusilə Mərkəzi Asiya ölkələrinin son illərdə paralel şəkildə həm Çinlə, həm də ABŞ və Avropa ilə əməkdaşlığı dərinləşdirməsi regionda çoxvektorlu siyasətin açıq göstəricisinə çevrilib. Enerji, logistika və texnologiya kimi strateji sahələrdə imzalanan sazişlər bir tərəfdən Pekinin təsir imkanlarını gücləndirərkən, digər tərəfdən region ölkələri Qərblə əlaqələri balanslaşdıraraq iqtisadi və siyasi manevr imkanlarını artırmağa çalışır. Bu baxımdan Aşqabad görüşü təkcə ikitərəfli gündəliyin deyil, həm də qlobal güclər arasında rəqabətin Mərkəzi Asiyadakı yeni mərhələsinin tərkib hissəsi kimi çıxış edir.

Politoloq Elxan Şahinoğlu Sherg.az-a söyləyib ki, Çinin müxtəlif nəqliyyat layihələri var və bu layihələrin bir hisssidə Mərkəzi Asiyadan keçir:

“Rəsmi Pekinin Mərkəzi Asiya ölkələrinə olan marağı da bu nəqliyyat yolarından istifadə konteksindədir. İkinci bir məsələ isə Çinin Mərkəzi Asiya ölkələrinə böyük yatırımlar həyata keçirmısidir. Lakin bu yatırımlar Mərkəzi Asiya ölkələri üçün müəyyən təhdidlər də yaradır. Onların iqtisadi zəmində Çindən asılılıqları artdıqca, siyasi asılılıqları da arta bilər. Hətta bəzən çinli işçilərlə yerli işçilər arasında mübahisələr də yaranır. Yəni Çinin investisiyaları cəlbedici olsa da, siyasi anlamda müəyyən problemlər də gətirə bilər. Ona görə də Mərkəzi Asiya son illər Çindən iqtisadi asılılığını azaltmaq məqsədiylə ticarətini və enerji resurslarını şaxələndirməyə çalışır. Bu səbəblə də Avropa İttifaqı və Amerika ilə əməkdaşlığı yüksək səviyyəyə qaldırıb. Hətta ABŞ və Avropanın Mərkəzi Asiya ölkələriylə əlaqədər “5+1” platforması var. Bu Mərkəzi Asiya ölkələri üçün yalnız Çin bazarından asılı olmaması üçün lazımdır. Çünki bu ölkələrin zəngin resurları mövcuddur. Burada təkcə neft və qaz yox digər yeraltı sərvətlərdən söhbət gedir. Sözügedən resurslara isə Amerika və Avropanın çox ehtiyacı var. Bu baxımdan Mərkəzi Asiya ölkələrinin strategiyasını düzgün hesab edirəm. Düzdür onlar Çinlə əməkdaşlıqdan imtina etməyəcəklar, ammq çalışacaqlar ki, bu əməkdaşlığa balans gətirsinlər. Çünki Çindən asılılıq siyasi problemlər yarada bilər. Hətta Çin Taçikistanda hərbi bazalar da yaradır. Lakin digər Məekəzi Asiya ölkələri rəsmi Pekinlə hərbi əməkdaşlıqda maraqlı deyillər”.