Devirmək çətindir: Paşinyan Saakaşvilinin səhvlərini təkrarlamır
Yusif Sultanoğlu
06:36 07.12.2023
Dünya
491
“Baş nazir anlayır ki, rus hərbi bazası, rus biznesi, rus sərhədçiləri və digər ağır problemi Azərbaycan və Türkiyə ilə münasibətləri düzəltmədən həll edə bilməz”
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili öz feysbuk səhifəsində Ermənistanın Baş naziri Nikol Paşinyana Rusiya ilə bütün əlaqələri tezliklə kəsməyi tövsiyə edib. O, Paşinyana qaçmağı məsləhət görüb: “Rusiya demək olar ki, bütün Ermənistan kənd təsərrüfatı məhsullarının və erməni konyakının idxalına qadağa qoyub. Amma bu qadağa Paşinyan üçün qırmızı işığı yandırmalıdır. Putin erməni konyakını yox, Paşinyanın özünü bəyənmədi və embarqo onu hakimiyyətdən sıxışdırmaq üçün növbəti addımdır.
Mən bunu Ermənistanın baş naziri üçün bir daha təkrar etmək istəyirəm. Hörmətli Nikol - qaç, daha sürətli qaç, KTMT-dən, Avrasiya İttifaqından arxaya baxmadan qaç, Avropa Birliyinə, NATO-ya, yeni regional birliklərə qaç! Amma ən əsası ayağınızı Rusiyadan uzaqlaşdırın, özünüzü və erməni dövlətçiliyini xilas edin! Putin buldoq kimidir. Dişlərini keçirdir və buraxmır. Sağ qalmaq üçün bu dişləmədən uzaqlaşın! Əminəm ki, hələ də gec deyil. Tərəddüd etməyi dayandırın. Gecikmək ölüm kimidir!” .
Siyasi şərhçi Azər Rəşidoğlu isə “Sherg.az”a açıqlamasında deyib ki, Ermənistan Rusiyadan asılı vəziyyətdədir. Ordu, iqtisadiyyat tam Kremlin nəzarətindədir:
“Bu baxımdan, İrəvanın Rusiyanın orbitindən çıxması inandırıcı deyil. Ermənistanın indiki vəziyyətdə KTMT-dən çıxması da real görünmür. Hazırda Ermənistanın, sadəcə, Rusiya və İranla sərhədlərinin açıq olduğunu nəzərə almaq lazımdır. Yəni İrəvan hakimiyyətinin Azərbaycan, Türkiyə və Gürcüstanla münasibətlərini tam düzəltmədən, sərhədlər açılmadan KTMT-dən çıxmaq kimi bir qərar verəcəyini düşünmürəm”.
A.Rəşidoğlunun fikrincə, Ermənistan hakimiyyəti məğlub olduqları İkinci Qarabağ müharibəsində Rusiyadan kifayət qədər dəstək almadığını iddia edir. Nikol Paşinyan iqtidarı da bu səbəbdən anti-Rusiya addımları atır:
“Amma nəzərə almaq lazımdır ki, Ukrayna müharibəsinə görə küncə sıxışan Rusiyaya qarşı bu addımları atmaq artıq hər zaman olduğundan daha çox mümkündür. Paşinyanın Rusiyaya qarşı atdığı addımlarına xalq da dəstək verir. Düşünürəm ki, Rusiyanın mövcud vəziyyəti və xalqın Paşinyana dəstəyi nəzərə alınarsa, onun anti-Rusiya siyasəti səhv sayılmaya bilər. Hələlik Nikolu devirmək üçün Rusiyanın əlinə fürsət düşməyib. Real olaraq Paşinyanı devirmək üçün şansa malik deyillər. Daha doğrusu, Paşinyan ruslara bu imkanı vermir. Elan edir ki, Ermənistan Kollektiv Müqaviləsi Təşkilatının üzvlüyünə sadiqdir, Ermənistanda Rusiya hərbi bazasının qalmasını istəyir və s. Paşinyan Saakaşvilinin səhvlərini təkrarlamır. Amma o, anlayır ki, rus hərbi bazası, rus biznesi, rus sərhədçiləri və digər ağır problemi Azərbaycan və Türkiyə ilə münasibətləri düzəltmədən həll edə bilməz. Paşinyan Kremlə bəhanə vermir. Odur ki, Saakaşvilinin bəyanatına onun ciddi yanaşacağını düşünmürəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region
“Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək
11:57 13.08.2026
Futbol
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
11:15 13.08.2026
Sosial
Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
10:57 13.08.2026
Gündəm