Pandemiyadan sonra artan təzyiqlərə baxmayaraq, "Forbes"in 2025-ci il siyahısına daxil olan qadın liderlər siyasət, texnologiya və biznes sahəsində qlobal təsir güclərini daha da genişləndirdilər.
Bu il dünya üzrə qadınlar üçün çətin keçib. İş itkilərinin artması, onlayn platformalarda qadınlara yönələn aqressiv və kobud ifadələrin çoxalması qlobal miqyasda ciddi problemlər arasında idi. Bütün bu mənzərəyə baxmayaraq, "Forbes"in 2025-ci il “Dünyanın Ən Güclü Qadınları” siyahısına düşən adlar göstərdikləri liderlik və yaratdıqları təsirlə önə çıxmağı bacardılar.
"Forbes"in artıq 22-ci dəfə dərc etdiyi siyahı dörd əsas meyar üzrə hazırlanıb:
– maliyyə gücü,
– media görüntüsü,
– təsir gücü,
– təsir dairəsi.
Siyasətçilər üçün ölkə iqtisadiyyatı və əhali, şirkət rəhbərləri üçün isə gəlir, şirkət dəyəri və işçi sayı müəyyənedici faktor olub. Bütün namizədlərin media görüntülülüyü də təhlil edilib.
Nəticədə, siyahıya düşən qadınlar ümumilikdə 37 trilyon dollarlıq iqtisadi gücü təmsil edir və dünya üzrə 1 milyarddan çox insanı təsir edən qərar və layihələrin formalaşmasında rol oynayırlar.
Sherg.az 2025-ci ilin ən güclü qadınlarını təqdim edir:
1. URSULA VON DER LEYEN
2019-cu ilin iyulunda Avropa Komissiyasının ilk qadın prezidenti seçilən von der Leyen, bundan əvvəl 14 il Angela Merkelin kabinetində fasiləsiz çalışaraq Almaniyanın ən uzun müddət vəzifədə olan nazirlərindən biri olub. 2024-cü ilin iyulunda ikinci dəfə Komissiya rəhbəri seçilib. Prioritetlərindən biri Avropa demokratiyasını gücləndirməkdir.
2. CHRISTINE LAGARDE
Avropa Mərkəzi Bankının (ECB) prezidenti olan Lagarde, həm də bu quruma rəhbərlik edən ilk qadındır. O, daha əvvəl IMF rəhbəri, Fransa iqtisadiyyat və maliyyə naziri və digər mühüm vəzifələrdə çalışıb.
3. SANAE TAKAİÇİ
2025-ci ilin oktyabr ayında Yaponiyanın ilk qadın baş naziri seçilən Takaici, LDP-nin ən güclü fiqurlarındandır. Sərt siyasi mövqeyi ilə tanınır.
4. GIORGIA MELONI
2022-ci ildə İtaliyanın ilk qadın baş naziri olan Meloni, Avropanın ən təsirli sağçı liderlərindən biridir.
5. CLAUDIA SHEINBAUM
2024-cü ildə Meksikanın ilk qadın prezidenti seçilən Sheinbaum, enerji mühəndisliyi üzrə alimdir və IPCC-nin Nobel Mükafatlı komandasının üzvü olub.
Aşağıdakı sırada isə digər güclü qadın yer alır:
6. Julie Sweet — Accenture CEO – ABŞ
7. Mary Barra — General Motors CEO – ABŞ
8. Jane Fraser — Citi CEO – ABŞ
9. Abigail Johnson — Fidelity CEO – ABŞ
10. Lisa Su — AMD CEO – ABŞ
11. MacKenzie Scott — Filantrop – ABŞ
12. Ruth Porat — Alphabet CIO – ABŞ
13. Melinda French Gates — Pivotal Philanthropies – ABŞ
14. Gail Boudreaux — Elevance CEO – ABŞ
15. Ana Patricia Botín — Santander rəhbəri – İspaniya
16. Amy Hood — Microsoft CFO – ABŞ
17. Kristalina Georgieva — IMF Direktoru – ABŞ
18. Tarciana Paula Medeiros — Banco do Brasil CEO – Braziliya
19. Catherine MacGregor — ENGIE CEO – Fransa
20. Gwynne Shotwell — SpaceX Prezidenti – ABŞ
21. Taylor Swift — Müğənni – ABŞ
22. Laurene Powell Jobs — Emerson Collective – ABŞ
23. Gunjan Kedia — U.S. Bank CEO – ABŞ
24. Nirmala Sitharaman — Hindistan maliyyə naziri
25. Kathryn McLay — Walmart International CEO – ABŞ
26. Carol Tomé — UPS CEO – ABŞ
27. Phebe Novakovic — General Dynamics CEO – ABŞ
28. Marianne Lake — JPMorgan Chase – ABŞ
29. Tan Su Shan — DBS CEO – Sinqapur
30. Oprah Winfrey — biznes və media – ABŞ....
....