Əfqanıstanda parklara qadınlar və kişilər üçün giriş günləri müəyyən edilib
Yusif Nəzərli
08:45 27.03.2022
Dünya
704
“Taliban” hökuməti qadın və kişilərin eyni vaxtda parklarda olmalarının qarşısını almaq üçün onların ayrılıqda həmin yerlərdə gəzə biləcəyi həftənin günlərini müəyyən edib.
“Report” “Aamaj News”a istinadən xəbər verir ki, bu barədə ölkənin Fəzilətin Təşviqi və Əxlaqsızlığın Arındırılması Nazirliyi məlumat yayıb.
“Qadınlar istirahət və əyləncə yerlərini bazar, bazar ertəsi və çərşənbə axşamı günləri ziyarət edə bilər, kişilər üçün isə çərşənbə, cümə axşamı, cümə və şənbə günləri ayrılıb”, - “Taliban” bildirib.
Fərmana əsasən, qadınlar hicab taxmaq qaydasına riayət etməklə bu günlərdə parklarda əylənə bilərlər.
Eyni zamanda nazirlik ictimai istirahət yerlərini ziyarət edəcək “Taliban” tərəfdarlarına “hərbi geyimdə olmamağı və silah daşımamağı” tövsiyə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət