Əli Zeynivənd: ABŞ-nin İranda quru əməliyyatına tam hazırıq

“ABŞ-nin İranda quru əməliyyatı ilə bağlı yayılan məlumatlar daha çox blefə bənzəyir, amma bu, baş versə, biz tam hazırıq”.

Teleqraf xəbər verir ki, bunu İran Daxili İşlər Nazirliyinin sözçüsü Əli Zeynivənd deyib.

“Ölkədə təhlükəsizlik vəziyyəti tam sabitdir, heç bir narahatlığımız yoxdur. Əlbəttə, vəziyyətə tam nəzarət edirik. Amma arxayınlaşmaq da olmaz, maksimum diqqətli olmalıyıq. Raket və dron imkanlarımızın artması ilə yanaşı, bizim əsas hərbi gücümüz quru qüvvələridir. Əgər gəlsələr, onları layiqincə qarşılayacağıq”, - İran rəsmisi bildirib.