Elon Mask söyüş işlədib
10:32 01.12.2023
Dünya
608
Milyarderin açıqlamaları dünya mediasında zəlzələ effekti yaradıb
İştirak etdiyi tədbirdə yəhudi lobbisinin onu şantaj etdiyini deyən Elon Maskın açıqlamaları dünya mediasında zəlzələ effekti yaradıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Elon Mask İsraildə səfərdə olarkən zirehli gödəkçə geyinərək Baş nazir Benyamin Netanyahu ilə Kfar Aza bölgəsinə səfər edib, oradakı vəziyyətlə tanış olub. İsrailin rabitə naziri Shlomo Karhi isə verdiyi açıqlamada E.Maskla "Starlink" peyklərindən yalnız İsrail dövləti icazə verəcəyi halda Qəzza bölgəsində istifadə edilməsinə dair razılıq əldə etdiklərini deyib. Bu səfərindən sonra Nyu-Yorkda düzənlənən “DealBook Zirvəsi”nə qatılan Elon Mask çətin vəziyyətdə qalıb. Tədbirin aparıcısı E.Maska “İsrail-HƏMAS” savaşı səbəbiylə “X platforması”na reklam verən şəxslər və şirkətlərin reklamlarını azaldacağını söyləyib. Bu sözlərdən sonra E.Mask söyüş işlədib. Və “mənə qarşı şantaj kampaniyası aparılır”, deyib. Deyilənə görə, E.Maska yəhudi lobbisinin hücumları sosial media izləyicilərindən birinin “yəhudilər bəziləri tərəfindən zamanında onlara bəslənən nifrəti indi özləri digərlərinə qarşı bəsləyir” paylaşımına E.Maskın “həqiqəti söylədiniz” cavabını yazmasıyla başlayıb. Bu cavabdan sonra aralarında "Apple", "Warner Bros", "Disney", "Paramount", "NBCUniversal", "Discovery" və "Comcast" kimi nəhəng şirkətlər “X platforması”na reklamlarını ləğv edib. Onu yəhudi düşməni olaraq tanıtmağa cəhd edildiyini deyən E.Mask isə həmin cavabdan peşman olduğunu etiraf edib: “Bu, indiyədək etdiyim ən axmaq hərəkət olmasa da, onlardan biridir”, söyləyib. Bu azmış kimi əsəbiləşərək, “kim reklam vermək istəmirsə verməsin. Məni reklamla şantaj edirlər? Pulla şantaj edirlər? Getsinlər… “ deyərək ağır söyüş işlədib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat