Əmir Musa: BMT Təhlükəsizlik Şurası beynəlxalq təhlükəsizliyi təmin edə bilmir

Təhlükəsizlik Şurası hazırkı vəziyyətdə Birləşmiş Millətlər Təşkilatının iflic olmuş bir qurumuna çevrilib. Beynəlxalq təhlükəsizlik lazımi şəkildə təmin olunmur.

Teleqraf xəbər verir ki, bu barədə Misirin sabiq xarici işlər naziri Əmir Musa XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.

“Birləşmiş Millətlər Təşkilatının mövcud olduğu bütün dövr ərzində, xüsusilə də XX əsrdə ikili standartları görmüşük və yaşamışıq.

Əgər biz beynəlxalq nizam üçün yeni bir yanaşmanı müzakirə edib razılaşmaq istəyiriksə, bu çox mənfi fenomenlə, yəni ikili standartlarla üzləşməliyik. Təəssüf ki, bu, Avropa xarici siyasətinin də bir hissəsi olub. Mən hətta deyərdim ki, Qərbin xarici siyasətinin də”.