Ankara Baş Prokurorluğu amerikalı maliyyəçi Ceffri Epşteynin işi ilə əlaqədar açıqlanan yeni sənədlərdə adı çəkilən türk qızlarının qaçırılması iddiaları, eləcə də Türkiyə ilə bağlı digər məlumatlarla əlaqədar araşdırmaya başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Cumhuriyet” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, istintaq müxalif İYİ Partiyasından olan millət vəkili Turan Çömezin yanvarın sonlarında dərc etdiyi və Epşteyn sənədlərinə istinadla yetkinlik yaşına çatmayan qızların Türkiyədən “Epşteyn adası”na aparıldığını iddia etdiyi paylaşımdan sonra başlayıb.