Əraqçi: Hörmüz boğazının açılması üçün ABŞ və İsrail hücumları dayandırmalıdır

Hörmüz boğazında gəmilərin hərəkətinin bərpa edilməsi üçün ABŞ və İsrail İrana hücumu dayandırmalıdır.

Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Qətərin "Əl-Ərəbi" televiziya kanalı İran xarici işlər nazirinin sözlərini sitat gətirib : "Fars körfəzi bölgəsində və Hörmüz boğazında normal vəziyyəti bərpa etmək üçün Amerika və İsrail hücumları dayandırılmalıdır".