Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"

"İran ABŞ ilə danışıqlar aparmaq üçün ciddi səbəb görmür və Tehran belə bir görüşün keçirilməsini istəməyib".

Oxu.Az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı CBS telekanalına müsahibəsində bildirib.

"Biz kifayət qədər sabit və güclüyük, xalqımızı bu təcavüz aktından qoruyuruq. Amerikalılarla danışıqlar aparmaq üçün səbəb görmürük. Onlarla hücum etdikləri vaxt müzakirələr aparmışıq və bu, iki dəfə baş verib", - o, Tehranın ABŞ ilə birbaşa və ya vasitəçilərin köməyi ilə əlaqə saxlayıb-saxlamadığı barədə suala cavabında belə deyib.

"Biz heç vaxt atəşkəs istəməmişik, hətta danışıqlar da tələb etməmişik. Özümüzü nə qədər lazımdırsa, o qədər müdafiə etməyə hazırıq", - deyə o bildirib.