Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Finlandiya Prezidenti Aleksandr Stubb arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı Türkiyə–Finlandiya ikitərəfli münasibətləri, eləcə də regional və qlobal gündəmdə olan məsələlər müzakirə olunub.
Prezident Ərdoğan Ankaranın Ukrayna–Rusiya münaqişəsinin diplomatik yolla həllinə xüsusi önəm verdiyini diqqətə çatdırıb:
“İstanbul danışıqları sülh üçün effektiv və işlək diplomatik platforma olduğunu artıq sübut edib”.
Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə Qəzzada atəşkəsin icrasını yaxından izləyir və bölgədə davamlı sülhün yalnız iki dövlətli həll modeli əsasında mümkün olduğunu düşünür. O, Finlandiyanın Fələstin Dövlətini tanımasının Ankaranın məmnuniyyətinə səbəb olacağını da bildirib.