- Müalicə üçün əvvəlcə 7 uşaq seçilsə də, yalnız üç uşağın valideyni onların Ermənistana göndərilməsinə razılıq verib
Ermənistan hökuməti Qəzza sektorunda yaralanan üç uşağın müalicə xərclərini qarşılayacaq.
Sherg.az xəbər verir ki, bunun üçün 16,7 milyon dram (təxminən 45 min dollar) ayrılıb.
Müalicə üçün əvvəlcə 7 uşaq seçilsə də, yalnız üç uşağın valideyni onların Ermənistana göndərilməsinə razılıq verib. Uşaqlar bir yaxınlarının müşayiəti ilə əvvəlcə Qəzzadan İordaniyanın paytaxtı Əmmana, oradan isə Yerevana aparılacaqlar.
Uşaqların müalicəsi “Arabkir” və “Nork-Maraş” tibb mərkəzlərində həyata keçiriləcək.