Fəxrəddin Altun: “Türkiyə ABŞ rəhbərliyinin məlum bəyanatını ən sərt şəkildə rədd edir”
20:56 24.04.2021
Dünya
477
“ABŞ səlahiyyətliləri bu bəyanatla təəssüf ki, lobbilərin tələbləri qarşısında diz çökdü".
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun “Anadolu” Xəbər Agentliyinə açıqlamasında ABŞ Prezidenti Co Baydenin 1915 hadisələrini "soyqırım" kimi şərh etməsinə mövqe bildirərkən bunu deyib.
“Türkiyə olaraq ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələrini soyqırımı olaraq tanımasını şiddətlə qınayır və rədd edirik. Biz bu bəyanatı etibarsız və heç bir hüquqi, elmi, qanuni olmadığını bəyan edirk", deyə sərt mövqe bildirən Türkiyə rəsmisi erməni diasporunun əsassız böhtanlarını dəstəkləyən bu bəyanatın ABŞ-ın daxili siyasi hesablamalarından qaynaqlandığını vurğulayıb: “Bayden rəhbərliyinin daxili siyasi mənfəəti üçün bu səhv yolu seçməsi nə erməniləri çətin iqtisadi vəziyyətdən qurtaracaq, nə də ABŞ-a bir mənffət qazandıracaq, bu addımın yalnız Türkiyə-ABŞ münasibətlərinə xələl gətirməsi həqiqətən təəssüf doğurur”.
Türkiyənin 6 əsrə yaxın böyük bir imperatorluğun əsasında yarandığını və köklü bir dövlət olduğunu xatırladan F.Altun fərqli mədəniyyətlərə sahib ölkəsinin sülh və tolerantlıq içində birgə yaşayın təmin olunduğunu deyib: “Birinci Dünya Müharibəsi şərtlərində yaşananlara Avropa imperializmi və bir imperatorluğun parçalanması aspektindən baxılmalıdır. Əcdadlarımız imperializm boyunduruğundan qurtuluş və azadlıq üçün mübarizə aparanda bütün etnik və dini kəsimlər üçün çətinliklər yaşanıb. Amma mövcud ABŞ rəhbərliyi millət olaraq varlığımız üçün verdiyimiz mücadiləni siyasi mənfəətləri üçün istifadə etməyə çalışır”.
F.Altun bildirib ki, Türkiyə Ermənistan daxil, heç bir ölkəyə qarşı kin və nifrət bəsləmir və heç bir diaspora təşkilatı bu həqiqəti dəyişdirməyəcək: “Türkiyədəki ermənilərin Patriarxi Sahak Maşalyan və Erməni Vəqfləri Dərnəyi Başçısı Pedros Şirinoğlu da keçmişdə yaşanan hadisələri bəzi ölkələrin siyasi məqsədə çevirməsinə etiraz edirlər”.
“Vaşingtonun qürur duyduğumuz tariximizə kölgə salmaq cəhdləri üzündən ABŞ-la ikitərəfli əlaqələrimiz baxımından təəssüfedici gün yaşayırıq”, deyə bildirən F.Altun Türkiyənin ABŞ rəhbərliyinin məlum bəyanatını ən sərt şəkildə rədd etdiyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya