ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi Maykl Flinn Zelenskini nankorluqda və Donald Trampa hörmətsizlikdə ittiham edib.
Sherg.az xəbər verir ki, Flinn «X» sosial şəbəkəsində yazıb ki, ABŞ Ukrayna liderini maliyyələşdirməyi dayandırmalıdır. O, həmçinin amerikalıların Zelenskiyə dəstəkdən yorulduğunu və Ukrayna xalqının ölkəsinin gələcəyi barədə qərar verməli olduğunu bildirib.
Daha əvvəl Flinn Zelenskini Ukrayna münaqişəsinin həllinə mane olan əsas amil adlandırmışdı.