Fransa Böyük Britaniyaya xəbərdarlıq edib
14:24 09.05.2021
Dünya
522
Böyük Britaniya Brexit üzrə nəzərdə tutulan balıq ovuna dair razılaşmanı yerinə yetirməyəcəyi halda Ftansa Londonaqarşı sanksiya tətbiq olunacağını istisna etməyib.
APA-nın məlumatına görə, bunu bu gün Fransa hökumətinin rəsmi nümayəndəsi Qabriel Attal “France 3” telekanalına müsahibəsində bildirib.
Q. Attal bu sanksiyalardan birinin Böyük Britaniyanın La-Manş boğazında yerləşən Cersi adasına verilən elektrik enerjisinin dayandırılması ola biləcəyini söyləyib: “Paris Londonu razılaşmanı yerinə yetirməli olmasına inandırmaq üçün Avropa Komissiyasına da müraciət edib”.
Qeyd edək ki, Britaniya hakimiyyətinin Cersi sahillərində balıq ovuna icazəni nəzərdə tutan siyahıya 344 deyil, 41 Fransa balıqçı gəmisini daxil etməsi Fransanın narazılığına səbəb olub. Eyni zamanda Britaniya balıq ovuna dair bir sıra tələblərlə də çıxış edir. Fransa isə bu tələblərin Brexit üzrə razılaşmada nəzərdə tutulmadığını bildirir.
Fransanın sanksiya hədələrinə cavab olaraq Böyük Britaniya mayın 5-də Cersi adasına 2 patrul gəmisi göndərib. Fransa isə mayın 6-da Cersi adası yaxınlığında iki patrul gəmisinin olacağını bəyan edib. Bundan başqa, martın 6-da səhər 60-dək Fransanın balıqçı gəmisi Cersi adasını blokadaya alıb. Balıqçı gəmiləri adanı blokadaya almaqla bərabər digər gəmilərin Sent-Xelier portuna yaxınlaşmasına da mane olublar. Bir neçə saat sonra Fransa balıqçı gəmiləri adanın blokadasını dayandırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya