Fransa "ölməyə yardım" qanununun yolunu açır
15:25 11.03.2024
Dünya
567
Fransa prezidenti Emmanuel Makron, həyatlarına son qoymaq istəyən insanları əhatə edən "ölməyə yardım" adlandırdığı qanunun yolunu açacaqlarını bildirib.
“Sherg.az” xəbər verir ki, Makron “La Croix” və “La Liberation” qəzetlərinə verdiyi müsahibədə “ölməyə yardım” olaraq xarakterizə etdiyi qanun layihəsinin aprel ayında Nazirlər Şurasında müzakirə ediləcəyini açıqlayıb.
Makron hüquqi tənzimləmə üçün "evtanaziya" və ya "yardımlı intihar" sözlərindən istifadə etməyi üstün tutmadığını və vəziyyəti ən yaxşı izah edən anlayışın "ölməyə yardım" olduğunu bildirib.
Qeyd olunub ki, “şəxsiyyətin azadlığını və millətin həmrəyliyini təmin edən” qanun layihəsi hüquq və azadlıq deyil və müəyyən sərt şərtlər altında fərdlərin ölməsinə yardım etmək imkanı yaradacaq.
Makron, tənzimləmənin yalnız sağalmaz xəstəliklərdən əziyyət çəkən, daimi fiziki və ya ruhi ağrıları olan insanları əhatə edəcəyini bildirib.
Tibbi personalın fərdə özünü öldürmək üçün alətlər təqdim etdiyi “yardımlı intihar” və ya həkimin şəxsin tələbi ilə həyatına son qoymaqda fəal rol oynadığı “evtanaziya” Belçika, Hollandiya, Lüksemburq və İspaniya ölkələrində tətbiq edilir.
Kanada, Kolumbiya, Avstraliya və Yeni Zelandiya da “evtanaziya”nın qanuniləşdirildiyi ölkələr sırasındadır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat