Fransa silah ixracına görə dünyada ikinci yerdədir
19:57 12.03.2024
Dünya
530
2019-cu ildən bəri Fransanın silah ixracı artıb. Son illərdə Fransa müdafiə sənayesi silah ixracatında dünyada ikinci yeri tutur.
Trend xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİPRİ) son hesablamalarına görə, 2019-2023-cü illərdə Fransanın silah satışları Rusiyanı üstələyib.
Belə ki, 2014-2018-ci illərlə müqayisədə Fransanın xarici satışları iki dəfə artıb. Əsas silah ixracatçısı olan ölkələr arasında yalnız İtaliyanın daha güclü artım (+86 faiz) nümayiş etdirdiyi qeyd olunur. SİPRİ-nin hesabatına əsasən, 2019-2023-cü illərdə Avropaya silah idxalı 94 faiz artıb və son 5 il ərzində Avropanın Amerika tədarükçülərindən asılılığı ən yüksək səviyyəyə çatıb.
Hindistan dünyanın aparıcı silah alıcısı, Fransa isə onun ikinci tədarükçüsüdür. 2019-2023-cü illər arasında Hindistan silahlı qüvvələri tərəfindən xarici istehsalçılardan alınan silahların üçdə iri Fransa mənşəlidir.
Hindistandan sonra Fransanın ənənəvi silah müştərisi Qətərdir. Ancaq Fransa hələ də ən yaxın müttəfiqlərini, yəni Avropa İttifaqının digər ölkələrini cəlb etmək üçün ciddi-cəhdlə çalışır. Aİ üzvü olan ölkələr arasında Yunanıstan fransız texnikasına daha çox etibar edir. Digər Avropa ölkələri ABŞ istehsalına üstünlük verir və 2019-cu ildən bəri onların idxal etdiyi silahların 55 faizi məhz Amerikadan gəlir.
Hindistan, Qətər, Yunanıstan... Bu üç ölkənin ortaq cəhətləri Rafale döyüş təyyarələri sifariş etmələridir. Təkcə Rafale 2019-2023-cü illərdə Fransanın silah ixracatının 31 faizini təşkil edib. Fransa müdafiə sənayesinin silah ixracatında dünya ikincisi kimi özünü təsdiqləməsində Rafale və onun mərmilərinin satışı xüsusi rola malikdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat