Fransada 15 yaşdan kiçiklər üçün sosial mediaya qoyulan qadağa ləğv edilib

Fransanın Konstitusiya Şurası 15 yaşdan kiçik şəxslərin sosial mediadan istifadəsini qadağan edən qanunun müddəasını ləğv edib.

Teleqraf xəbər verir ki, hakimlərə görə, bu, ifadə azadlığına və informasiyanın yayılmasına qeyri-mütənasib müdaxilədir.

Parlament tərəfindən 21 iyulda qəbul edilən qanunun 1 sentyabrda qüvvəyə minməsi planlaşdırılırdı. Qanun 15 yaşdan kiçik uşaqların TikTok, Snapchat, X və Instagram kimi platformalardan istifadəsini qadağan edəcəkdi.

Konstitusiya Şurası bu qadağanın qeyri-mütənasib olduğu qənaətinə gəlib.

Konstitusiya Şurası hesab edir ki, qanunverici orqan istifadəçi məxfiliyini qorumaq üçün kifayət qədər tədbirlər görməyib.

Konstitusiya Şurası qanunun yalnız sosial media ilə bağlı olan birinci maddəsini nəzərdən keçirib. Hakimlər eyni qanunun digər bir müddəası - sentyabrın 1-də qüvvəyə minməsi planlaşdırılan məktəblərdə mobil telefonların istifadəsinə qoyulan qadağa barədə qərar verməyiblər.