Fransada davam edən ekstremal isti hava şəraiti fonunda son üç həftə ərzində 130-dan çox insan boğularaq həyatını itirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin idman naziri Marina Ferrari məlumat verib.
* Fransada ikinci dəfə qırmızı səviyyəli isti hava təhlükəsi elan edildi
* Luvr muzeyi Fransadakı kəskin istilərə görə iş qrafikini dəyişdi
Nazir bildirib ki, iyunun 19-dan bəri ölkədə 131 nəfər boğulma hadisəsi qeydə alınıb. Onun sözlərinə görə, bədbəxt hadisələrin qurbanları əsasən 18 yaşınadək yeniyetmələr və 60 yaşdan yuxarı şəxslərdir.
Statistikaya əsasən, dünyasını dəyişənlərin 55%-i çimmək üçün qadağan olunmuş ərazilərə daxil olanlardır. Digər 20% hal isə xüsusi mülklərdə yerləşən şəxsi hovuzlarda baş verib.
Qeyd edək ki, iyunun ortalarından etibarən Fransada anomal istilər müşahidə olunur və bir çox temperatur rekordları yenilənib.