Gərginlik pik həddə:“Ukrayna üçün çətin olacaq, amma...”
08:32 15.03.2021
Dünya
823
“Müharibə başlasa, Rəsmi Kiev Qərbdən dəstək alacaq”
Ukraynanın cənub-şərqində 2014-cü ilin aprel ayından bəri Rusiyameylli qüvvələrlə Ukrayna ordusu arasında baş verən müharibə hələ də həllini tapmayıb. Donbass və Krım məsələsi öz aktuallığını qorumaqdadır. Martın 7-də başlayaraq Ukrayna ordusu ilə “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adlı qondarma respublikaların silahlı birləşmələri arasında şiddətli mövqe döyüşləri davam edir.
Ukrayna təxminən 90 minlik canlı qüvvəni separatçı vilayətlərlə təmas xətti boyu cəmləşdirib. Separatçıların qüvvələri isə bundan üç dəfə azdır, üstəlik texnikaları nasazdır, etibarlı hava hücumundan müdafiə sistemləri yoxdur. Ukrayna ordusunun arsenalında isə Qarabağ müharibəsində uğurla tətbiq edilən “Bayraktar TB2” döyüş pilotsuz təyyarələri də var.
Bəzi ekspertlər hesab edir ki, Ukrayna tərəfi hərbi əməliyyatlarda işğalçıları məğlub edə bilər, lakin ciddi risklər var. Rusiyalı hərbi ekspert İqor Korotçenko da Ukraynadakı vəziyyətlə bağlı açıqlama verib:
“Mümkün Rusiya-Ukrayna müharibəsi zamanı Kiyev Türkiyədən adlığı SİHA və İHA-lardan fəal istifadə edəcək”.
Onun sözlərinə görə, son günlər Donbass bölgəsində toqquşmalar şiddətlənib və bu hadisələrin daha da pisləşəcəyini göstərir.
Yerli mənbələr türk pilotsuz uçuş aparatları bölgədə kəşfiyyat uçuşları həyata keçirdiyini yazır.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Ruslan Komçak son açıqlaması zamanı vəziyyətin ağırlaşdığını ifadə edərək, əməliyyatlara hazırlaşdıqlarını elan edib. Rusiyanın Donbassdakı təmas qrupunun nümayəndəsi Boris Qrizlov da bölgədə vəziyyətin təhlükəli həddə çatdığını bildirib.
Ukraynadakı durumu "Sherg.az"a şərh edən politoloq Elxan Şahinoğlu açıqlamasında deyib ki, vəziyyət getdikcə gərginləşir, atəşkəs intensiv pozulur:
"Separatçılar təxribatlarından əl çəkmir, Rusiyadakı müəyyən mərkəzlərə güvənirlər. Rusiyanın keçmişdən Ukraynanı parçalamaq və daha çox ərazilər işğal etmək planı var. Lakin Ukrayna ordusu son 5 ildə güclənib. Azərbaycanın Ermənistan üzərində qazandığı qələbə Ukraynanı həvəsləndirib. Amerikadan və Türkiyədən müasir silahlar alıb".
Politoloq onu da qeyd edib ki, Ukraynanın qarşısında Rusiya dayanıb:
“Rusiya ilə başabaş gəlmək çətin olacaq. Amma müharibə başlasa, Qərbdən dəstək alacaq. Ukraynanın Türkiyə kimi müttəfiqi yoxdur. Bizim Türkiyə kimi müttəfiqimiz var idi, müharibə dönəmində başlıca amil rolunu oynayırdı. Hər halda Ukrayna haqlı mübarizə aparır, Azərbaycan kimi bütövlüyünü təmin etməyə çalışır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya