Gürcüstan müxalifətinin iki əsas lideri birləşir
Yusif Nəzərli
20:00 10.03.2024
Dünya
567
Gürcüstanın ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın (VMH) sabiq sədri Nika Melia ilə müxalifyönümlü “Mtavari Arxi” telekanalının təsisçisi Nika Qvaramia siyasi ittifaq yaradırlar.
APA-nın Tbilisi müxbiri yerli KİV-ə istinadən xəbər verir ki, müvafiq qərar sabah elan ediləcək.
Onların siyasi komandalarının sabah Tbilisidəki hotellərdən birində görüşərək yekun qərarı elan edəcəkləri bildirilib.
Nika Melia 2023-cü ilin yanvarında sabiq Prezident Mixeil Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” partiyasının sədrliyindən uzaqlaşdırılıb.
Partiya daxilində elektron qaydada keçirilən səsvermədə Levan Xabeişviliyə məğlub olan Melia tərəfdarları ilə birlikdə VMH-dən uzaqlaşıb.
Əvvəllər həbsdə olan sabiq Prezident Mixeil Saakaşvilinin vəkili kimi çıxış etmiş Nika Qvaramia isə 2022-ci ilin mayında “Rustavi 2” işi üzrə həbs edilib. 2023 ilin iyununda Salome Zurabişvilinin əfv sərəncamı ilə azadlığa çıxan Qvaramia “Mtavari Arxi” telekanalının rəhbərliyindən istefa verərək siyasi fəaliyyətə başlayıb.
Hər iki lider hökumət əleyhinə, həmçinin Rusiya əleyhinə çıxışları ilə tanınır. Xatırladaq ki, bu ilin oktyabrında Gürcüstanda parlament seçkiləri keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya