Gürcüstan və Türkmənistan XİN başçıları arasında telefon danışığı oldu

Gürcüstan xarici işlər naziri Maka Boçorişvili ilə türkmənistanlı həmkarı Rəşid Meredov arasında telefon danışığı baş tutub.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər Türkmənistan Prezidentinin Gürcüstana planlaşdırılan rəsmi səfəri ilə bağlı məsələləri, eləcə də Gürcüstanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının inkişaf etdirilməsinin vacibliyini müzakirə ediblər.

Telefon danışığı zamanı ikitərəfli münasibətlərin perspektivləri nəzərdən keçirilib, yüksək səviyyəli dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.