Hindistan S-400 alır? – ŞƏRH: ABŞ-ın “zəncir”indən bir həlqə də açılır
Yusif Nəzərli
09:30 22.03.2021
Dünya
833
ABŞ müdafiə naziri Lloyd Ostininin martın 20-də Hindistana rəsmi səfəri dünya mətbuatının diqqət mərkəzində oldu. Məsələ burasındadır ki, Türkiyə kimi Hindistan da Rusiyadan S-400 raket sistemlərini almağı planlaşdırır. Bu isə Vaşinqtonun maraqlarına uyğun deyil. Qərb mətbuatının yazdığına görə Pentaqonun başçısı bu məsələni hindistanlı həmkarı Racnatx Sinqxlə müzakirə edib.
Buna baxmayaraq, Amerikanın müdafiə naziri səfərin yekunlarıyla bağlı keçirilən mətbuat konfransında Dehlidə S-400 raketləri mövzusunun müzakirə edilmədiyini deyib: “Hindistan hələ S-400 raketlərini almayıb. Buna görə raket mövzusu müzakirə edilməyib”.
Vəziyyəti şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a bildirib ki, Dehli Moskva ilə 2015-ci ildə imzaladığı anlaşmaya görə Rusiyadan S-400 raketlərini almağı planlaşdırıb:
“Anlaşmanın dəyəri 5.43 milyard dollardır. Ancaq o da doğrudur ki, Hindistan Türkiyədən fərqli olaraq hələ raketləri almayıb və Vaşinqton ümid edir ki, Dehli bu plandan imtina edəcək. ABŞ Hindistana “Predator” pilotsuz aparatları və patrul gəmiləri satacağını vəd edib.
Vaşinqton Dehli ilə əməkdaşlığa böyük əhəmiyyət verir. ABŞ müdafiə naziri Lloyd Ostin hindistanlı həmkarıyla yanaşı Hindistanın baş naziri Narendra Modi, baş nazirin milli təhlükəsizlik üzrə müşaviri Adjit Doval və xarici işlər naziri Subrahmanyam Caişankarla görüşüb. Vaşinqton Dehliyə Hindistanın yüksək texnologiyalara yiyələnməsinə imkan yaradacağını vəd edib. Vaşinqton ayrıca, Hindistanı Sakit okean bölgəsində rolunun artmasını istəyir. Dehlidə bu mövzuda müzakirələrin getdiyini yerli “Hindustan Times” qəzeti də yazıb”.
Politoloqun qənaətincə, Vaşinqton Hindistana dəstək verməklə Çini bölgədə durdurmaq istəyir:
“Çünki Çin getdikcə bölgə ölkələrinə öz şərtlərini diqtə etməyə çalışır və bu yalnız ABŞ-ı deyil, bölgənin digər dövlətlərini də narahat edir. ABŞ Hindistan-Çin sərhəddində mütəmadi baş verən insidentlərdə Dehlini dəstəkləyir. Digər tərəfdən Vaşinqton bölgədə Çini durdurmaq üçün Hinidstan-Yaponiya-Avstraliya blokunu gücləndirməyə çalışır.
Amerika bu halqanın dördüncü dövlətidir. ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Hindistanda rəsmilərlə görüşərkən dövlət katibi Entoni Blinken və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Cveyk Sallivan Amerikanın Alyaska ştatında Çinin xarici işlər naziri Van İ və Komminsit Partiyasının xarici əlaqələr komitəsinin rəhbəri Yan Tseçi müzakirələr aparırdılar. Ancaq görüş qalmaqalla yadd qaldı. Tərəflər bir-birlərini ittiham etməklə məşğul oldular, yəni dialoq alınmadı.
Bu o deməkdir ki, ABŞ-Çin gərginliyi bundan sonra da davam edəcək. Ona görə də Çini durdurmaq üçün Vaşinqtonun Hindistanla tərəfdaşlığa daha çox ehtiyacı olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya