Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar avqustun 23-24-də Rusiyaya səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Hindistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, səfər Rusiya Baş nazirinin birinci müavini Denis Manturovun dəvəti ilə həyata keçiriləcək.
“Cayşankar 2026-cı il avqustun 23-24-də Rusiya-Hindistan ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının 27-ci iclasına həmsədrlik etmək üçün Rusiyaya rəsmi səfər edəcək”, - nazirliyin məlumatında bildirilib.
Səfər çərçivəsində Hindistanın xarici işlər naziri həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək və regional, eləcə də qlobal məsələlər ətrafında fikir mübadiləsi aparacaq.