"Aİ ləğv edilməli və ayrı-ayrı ölkələrə suverenlik bərpa edilməlidir ki, dövlətlər öz xalqlarını daha yaxşı təmsil edə bilsinlər".
Teleqraf xəbər verir ki, bu fikirləri İlon Mask "X"-də yazıb.
Daha əvvəl bildirilmişdi ki, Avropa Komissiyası (AK) "X" ilə bağlı apardığı araşdırmanın yeni aspektlərini təhlil edir. Qurum Aİ Rəqəmsal Xidmətlər Aktına (DSA) uyğunluqla bağlı bir neçə məsələni araşdırır.