İndoneziya sahillərində 5,9 maqnitudada zəlzələ baş verib

İndoneziya sahillərində 5,9 maqnitudada zəlzələ qeydə alınıb.

"Report"un Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələnin episentri Labuan-Bajo şəhərindən 161 km cənub-qərbdə, ocağı 46 km dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilmir.

Sunami təhlükəsi elan edilməyib.