İran ABŞ blokadanı aradan qaldırsa, Hörmüzü 7 günə aça bilər

İran ABŞ-ın hərbi təzyiqi azaltması və İran limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırması halında Hörmüz boğazını 7 gün ərzində aça bilər.

Sherg.az xəbər verir ki, bu barədə “Reuters”ə adı açıqlanmayan yüksəkvəzifəli iranlı məmur bildirib.

Mənbənin sözlərinə görə, hazırda Hörmüz boğazından gəmilərin sərbəst keçidi mümkün deyil.

Qeyd edək ki, iyunun ortalarında ABŞ və İran sülh sazişinin hazırlanması prosesinə başlamaq məqsədilə memorandum imzalayıb. Lakin üç həftə sonra vəziyyət yenidən gərginləşib və tərəflər arasında qarşılıqlı zərbələr bərpa olunub.