İran Bəhreyn və İordaniyadakı ABŞ bazalarını vurdu

İran Bəhreyn və İordaniyada yerləşən ABŞ hərbi bazalarına cavab zərbələri endirdiyini açıqlayıb.

Sherg.az xəbər verir ki, İran mediasının məlumatına görə, hücumlar zamanı Bəhreyndəki Şeyx İsa aviabazası və ABŞ Hərbi Dəniz Qüvvələrinin obyektləri, həmçinin İordaniyadakı Əl-Əzraq aviabazası hədəfə alınıb. Bildirilir ki, yanacaq anbarları, anqarlar və ABŞ hərbçilərinin yerləşdiyi məntəqələr vurulub.

Hadisə ABŞ-ın İrana qarşı gecə hücumlarının davam etdiyi bir vaxtda baş verib. CENTCOM əməliyyatların artıq 13-cü gecədir davam etdiyini açıqlayıb.

Tehran Vaşinqtonu atəşkəs razılaşmasını pozmaqda ittiham edir, ABŞ isə əməliyyatların İranın Hörmüz boğazındakı fəaliyyətlərinə cavab olaraq həyata keçirildiyini bildirir.