İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqları davam etdirir, lakin proses bir sıra amillərə görə ləngiyir.
Sherg.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai bildirib.
Onun sözlərinə görə, prosesə məsələnin mürəkkəbliyi, çoxsaylı tərəflərin iştirakı və danışıqları pozmağa çalışan bəzi ölkələrin fəaliyyəti mane olur.
Baqai qeyd edib ki, tərəflər birgə bəyanat layihəsi üzrə fikir mübadiləsi aparır və dövlətlərin maraqlarını, eləcə də beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin edəcək mexanizm üzərində işləyirlər.
Xatırladaq ki, İran daha əvvəl ABŞ-la qarşıdurma fonunda Hörmüz boğazını bağlamışdı.