İran parlamentinin sədrini Xoyda etirazla qarşıladılar
10:34 12.02.2023
Dünya
448
Xoy vilayətindəki dağıdıcı zəlzələdən zərər çəkənlərə dövlətin yardım etməməsi səbəbindən artan etirazlardan sonra İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf zəlzələdən zərər çəkmiş bölgəyə səfər edib.
Sherg.az Günaz TV-yə istinadla xəbər verir ki, Xoy hava limanı vasitəsilə Qərbi Azərbaycan əyalətinə gedən Qalibaf zəlzələdən zərər çəkən bəlgələrdə etirazlarla qarşılanıb.
Çadır düşərgələrində müvəqqəti yerləşdirilən zərər çəkənlər hakimiyyət nümayəndələrinin vədlərinin özünü doğrultmadığını deyiblər. Xoylular məsulların öz yaxınlarını kameralar qarşısına çıxararaq yaradılmış şərait barədə yalan təbliğat apardıqlarını bildiriblər.
Valilik, fərmandarlıq və başqa qurumların rəsmi statistikada göstərdikləri yardım həcminin reallıqda ortada olmadığını, hakimiyyət məmurlarına yaxın olan şəxslərin qeyd edilən yardımlardan istifadə etdiklərini söyləyiblər.
Qeyd edək ki, Xoy şəhərində yanvarın 28-i baş verən 5.9 bal gücündə zəlzələdə zədələnən evlərin ümumi sayı 13200-ə çatıb. Hazırda 130 min nəfər çadır düşərgələrində yerləşdirilib. Onlara konteyner sığınacaqları ilə bağlı verilən vədlər yerinə yetirilməyib. Yalnız hadisənin üstündən iki həftə sonra parlament sədri Xoya səfər edib ki, bu da görüntü xatirinə atılan addım kimi qiymətləndirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol