İran rəsmisi qəza anını anlatdı: Rəisinin olduğu helikopter buludlu ərazidən çıxa bilməyib!
10:25 22.05.2024
Dünya
527
İranı silkələyən helikopter qəzasında prezident İbrahim Rəisinin olduğu helikopter qəzaya uğrasa da, sərhəddən qayıdan nümayəndə heyətini daşıyan daha iki helikopter havada olub. Onlardan biri də Prezident Aparatının rəhbəri Qulam Hüseyn İsmaili olub. İsmaili İran televiziyasına hadisənin anlarını izah edib. Qəza günü havanın açıq olduğunu deyən İran rəsmisi Rəisinin olduğu helikopterin buludlu ərazidən çıxa bilmədiyini söyləyib. İsmaili telefonla əlaqə saxladığı Təbriz İmamı ilə son söhbətindən də danışıb.
Sherg.az xəbər verir ki, İsmaili həmin anları İran televiziyasına danışıb.
Ölkənin şimal sərhədindən Təbrizə qayıdarkən havanın açıq olduğunu deyən İsmailinin verdiyi məlumata görə, uçuşdan təxminən 45 dəqiqə sonra dərə buludlarla örtülüb.
Vertolyotların buludların üstünə çıxmaq üçün hərəkətə keçdiyini bildirən İsmaili, iki helikopterin yenidən göründüyünü ifadə edib.
İkisinin ortasında uçan Rəisinin vertolyotiyla əlaqənin dəqiqə yarım sonra kəsildiyini bildirən rəsmi, digər helikopterlərin də bir müddət ərazidə axtarış apardıqlarını, lakin heç bir işarə tapa bilmədiklərini bildirib.
Rəisinin helikopterini tapa bilməyəndə bölgəyə endiklərini izah edən İsmaili, "İtmiş helikopterin pilotu da cavab vermirdi. Bir müddət sonra telefona Təbriz Cümə İmamı Ayətullah Əli Haşim cavab verdi" deyib.
İsmailinin verdiyi məlumata görə, Haşimin səsi pis olub. “Yaxşı deyiləm, yaralıyam” deyən Haşim heç kimi görmədiyini, ətrafda yalnız ağacların olduğunu bildirib. İsmaili hadisədən sonrakı 3 saat ərzində Ayətullah Əli Haşimlə dəfələrlə danışdığını və bir müddət sonra cavabın kəsildiyini bildirib.
İran Prezidentinin də olduğu 8 nəfərin həyatını itirdiyi helikopterin qalıqlarına 15 saatdan sonra çatılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə