İran və Oman Hörmüz boğazında gəmilərin keçidindən əldə olunan gəlirlərin bölüşdürülməsi barədə razılığa gəlib.
Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Möhəbi bildirib.
“Danışıqlar zamanı iki ölkənin boğazın sularındakı payı, həmçinin İran və Oman arasında gəlirlərin bölüşdürülməsi ilə bağlı razılaşmalar əldə olunub”, - o deyib.
SEPAH rəsmisi iddia edib ki, Hörmüz boğazı İran və Omana məxsusdur.
Möhəbi əlavə edib ki, ABŞ bundan əvvəl əldə olunmuş razılaşmalara əməl edəcəyi təqdirdə boğaz açıq olacaq.