İran ABŞ-ın Xark adasını ələ keçirmək cəhdinə bənzəri olmayan formada reaksiya verəcəyi ilə hədələyib.
Bu barədə “Tasnim” məlumat yayıb.
Qeyd edilib ki, belə bir addım atılarsa, İranın müttəfiqləri Qırmızı dəniz və Bab-əl-Məndəb boğazında qeyri-stabil vəziyyət yaradacaq. Beləliklə, regiondakı ABŞ qüvvələrinin vəziyyəti əhəmiyyətli dərəcədə çətinləşəcək.
Qeyd edək ki, İran sahillərindən 30 kilometr uzaqlıqda yerləşən Xark adası ölkənin xam neft ixracının təxminən 90 faizinin həyata keçirildiyi əsas terminal hesab olunur.