İranda iki ardıcıl zəlzələ baş verdi: xəsarət alanlar var

Bu gün səhər saatlarında İranın Şimali Xorasan əyalətinin Bocnurd şəhərində 4,7 və 4,1 bal gücündə iki zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Zəlzələ nəticəsində 7 nəfərin yüngül xəsarət aldığı, bəzi evlərə ziyan dəydiyi bildirilir.

***

Şimali Xorasan ostanında zəlzələ nəticəsində 28 nəfər yaralanıb.

Bu barədə Şimali Xorasanın Fövqəladə Vəziyyət Xidmətinin rəhbəri bildirib.

Onun sözlərinə görə, zərərçəkmişlərdən 12-si xəstəxanaya yerləşdirilib.