İranda rejimin öz kadrları da mövcud duruma etiraz edir - VİDEO
Yusif Nəzərli
16:44 06.01.2023
Dünya
325
İranda aylardır davam edən xalq etirazları fonunda sosial-iqtisadi vəziyyətin daha da pisləşməsi, o cümlədən inflyasiyanın sürətli artımı ölkədə ümumi vəziyyətin daha dramatik xarakter almasına səbəb olub.
Görünən odur ki, İran rəhbərliyi baş verənləri adekvat dərk etməkdən, etirazların həqiqi siyasi-iqtisadi və sosial-psixoloji səbəblərini anlamaqdan çox uzaqdır. Bununla belə rejimin öz kadrları arasında nisbətən real düşünənlər əhali ilə top-tüfənglə danışmağın, o cümlədən etirazçı kütləni qorxutmaq üçün edamlara əl atmağın, eləcə də hadisələrin məsuliyyətini hansısa xarici qüvvələrin üzərinə qoymağın mövcud problemləri həll etməyəcəyini yaxşı başa düşürlər. Və bu kontekstdə də hakimiyyətin yürütdüyü siyasətə etiraz və tənqidlərini getdikcə daha açıq və sərt formada bildirirlər.
Bunun son nümunələrindən biri kimi Ayətullah Seyid Hüseyn Musəvi Təbrizinin bəzi məqamları baxımından sensasiya sayıla biləcək açıqlamalarını göstərmək olar. Ölkənin keçmiş baş prokuroru, Qum Elmi Hövzəsinin Müəllimləri və Tədqiqatçıları Birliyinin katibi olan bu müctəhid yanvarın 4-də “Cəmaran” saytına verdiyi müsahibədə hakimiyyətin yanlış daxili və xarici siyasəti nəticəsində İran cəmiyyətinin düşdüyü fəlakətli durumdan bəhs edib.
Daha ətraflı “Azad İran”ın “YouTube” kanalının süjetində:
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
19:34 24.04.2026
Şou
Aİ səfiri Gürcüstan XİN-ə çağırılacaq
19:19 24.04.2026
Cənubi Qafqaz
Kosta: Aİ İrana qarşı sanksiyaların ləğvi perspektivini görmür
19:11 24.04.2026
Dünya
ABŞ müdafiə naziri: Hərbçilərimiz Nobel Sülh Mükafatını almalıdır
19:03 24.04.2026
Dünya
Netanyahu prostat xərçənginə görə əməliyyat olundu
18:56 24.04.2026
Dünya
Ukrayna AB-yə dərhal qoşula bilməz - Merz
18:33 24.04.2026
Dünya